Hacı Qalibin OĞLUNUN müdafiəsinə YENİ VƏKİL qoşulub
Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin məhkəməsi keçirilib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, prosesdə Ə.Hüseynzadənin müdafiəsinə yeni vəkil – Lalə Mansurovanın qoşulduğu elan edilib. L.Mansurova cinayət işi materialları ilə tanış olmaq üçün vaxt istəyib. Məhkəmə noyabrın 27-də davam etdiriləcək. Qeyd edək ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilərək Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Ə.Salahzadə “Azərsu”nun əməkdaşına müqavimət göstərməkdə ittiham edilir.