Koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür - RƏQƏMLƏR

Ümumi yoluxma hallarının 55,1 faizi Bakının payına düşür.

 Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 TƏBİB sədri deyib ki, Abşeron 16,3 faizlə ikinci, Gəncə-Qazax 8,4 faizlə üçüncü yerdədir. Onun sözlərinə görə, yoluxma digər bölgələr üzrə belədir: Aran 7,5%, Lənkəran 5,8 %, Quba-Xaçmaz 1,6 %, Şəki-Zaqatala 1,4%, Yuxarı Qarabağ 1,1%, Dağlıq Şirvan 1,2% təşkil edir.

Yoluxmanın 1,3 %-i xaricdən gələnlərdə aşkarlanıb. 

R.Bayramlı qeyd edib ki, paytaxtda ən çox yoluxma Binəqədi, Yasamal və Xətai rayonlarındadır.
“Binəqədidə yoluxma halları 12.8 faiz, Yasamalda 12.4 faiz, Xətaidə 11.9 faiz, Sabunçuda 11.8 faiz, Nəsimidə 10.4 faizdir. Qeyd edim ki, son günlər Nəsimi rayonunda yoluxma sayında artım müşahidə olunur. Nərimanovda 8.8 faiz, Suraxanıda 8.7 faiz, Nizamidə 8.2 faiz, Qaradağda 5.7 faiz, Səbaildə 4.7 faiz, Xəzər rayonunda 4.2 faiz, Piallahıda  0.3 faiz təşkil edib".
R.Bayramov deyib ki, aktiv xəstələrin 57 faizi Bakıda, 15 faizi Sumqayıtda, 6 faizi Abşeronda, 3 faizi Gəncədədir.  

"Oğuz, Yardımlı, Ucar, Zərdab rayonlarında yoluxma səviyyəsi aşağı, Salyan, Neftçala və İsmayıllıda yüksəkdir: “Son günlər Şəki və Yevlax rayonunda da yoluxmanın artması müşahidə olunur”.

R. Bayramlı deyib ki, aktiv xəstələrin 38 faizi müalicələrini ixtisaslaşmış xəstəxanalarda davam edir: “Bakı, Sumqayıt və Abşeronda yoluxmanın səviyyəsini aşağı salmasaq, səhiyyə müəssisələrinin üzərinə daha çox yük düşə bilər. Hazırda bir neçə modul xəstəxana da fəaliyyətə başlayıb”.






Fikirlər