Ermənilər bu dəfə Qəbələ, Siyəzən və Kürdəmiri raket atəşinə TUTDU - FOTO

 

 "Hərbi əməliyyatların getdiyi ərazidən uzaqda yerləşən və möhtəşəm turizm mərkəzi olan Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub"

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter səhifəsində paylaşım edib.

"Raketlər Ermənistanın Qafan və Cermuk bölgələrindən atılıb. Çox güman ki, Səddam Hüseynin vaxtilə yararlandığı SCUD raketlərindən istifadə edilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur", - deyə, paylaşımda qeyd olunub.

***

Ermənistan ərazisindən Azərbaycan əraziləri raket atəşinə tutulub

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

 

 

***

Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən ballistik raketlər atılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.






Fikirlər