Müzəffər Ordumuza qarşı ermənistanın müqavimət göstərmək imkanları sıfra bərabərdir”

Deputat Eldar Quliyev: “Onlar hər cür iyrənc addımlar atırlar” - MÜSAHİBƏ » Ovqat.com

Qisas” əməliyyatı bunu bir daha sübut etdi”

"AzerTaym.az"-a açıqlama verən  Milli Məclisin üzvü,Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor ELDAR QULİYEV  “Qisas” əməlyyatının önəmindən, bu əməliyyatın hərbi-psixoloji əhəmiyyətindən danışıb: 

  ““Qisas” əməliyyatı Ordumuzun erməni silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq keçirildi. Ötən gün Laçın rayonunda Rusiya sülhməramlılarının məsuliyyət zonasında erməni terrorçu dəstələri tərəfindən atəşkəs rejimi kobud şəkildə pozuldu və bir əsgərimiz şəhid oldu. 10 noyabr Bəyannaməsinin 4-cü bəndinə uyğun olaraq erməni silahlıları tərk-silah olunmalı və Qarabağ ərazisindən tamamilə çıxarılmalı idi. Əfsuslar olsun ki, həmin vaxtdan 1 il 8 ay ötməsinə baxmayaraq, erməni tərəfi müxtəlif bəhanələrlə nə silahlıları tərk-silah elədi, nə də Zəngəzur dəhlizinin açılmasını təmin etdi. Nəticə göz qabağındadır. Sülh müqaviləsinin bağlanmaması bölgədə gərginliyi artırdı. Prezident İlham Əliyevin dəfələrlə, xəbərdarlıq etməsinə, öhdəliklərin yerinə yetirilməsinə, sülh danışıqlarına dəvət etməsinə baxmayaraq, erməni tərəfi müxtəlif bəhanələrlə vaxt uzatmaqla, imitasiya ilə məşğul oldu. Belə davam edə bilməz. Proseslərin bu həddə çatmasında ən böyük məsuliyyət Paşinyanın üzərinə düşür. Onun apardığı ikiüzlü, daha doğrusu çoxüzlü siyasət,(əgər buna siyasət demək olarsa), nizamlanma prosesini ləngidir. Kommunikasiyalar açılmır, silahlılar çıxarılmır. Adama deyərlər; İmza atmısan, öhdəlik götürmüsən, icra edəcəksən. Zəhmət çək, xarici və daxili qüvvələri neytrallaşdır. Hətta, biabırçı məğlubiyyətdən sonra belə, erməni xalqının dəstəyini almış lider, tarixi məsuliyyəti öz üzərinə götürməyi bacarmalı, nə diasporanın, nə lobbist təşkilatların, nə də ki, digər xarici güclərin əlində alət olmamalısan. Onun əlində unikal şans yaranmışdı ki, millətini bir dəfəlik tarixi yalanlardan, illyüzalardan xilas etsin. Lakin, bu şansdan da istifadə etmədi. Azərbaycan Ordusunun müdafiə qabiliyyətinə gəldikdə isə, bu artıq beynəlxalq səviyyədə təsdiq olunmuş bir faktdır. 44 günlük müharibə bunu göstərdi və dünya qəbul etdi. Baxmayaraq ki, işğal dövründə ermənilər kifayət qədər təşkilanmış, güclü müdafiə istehkamları yaratmışdılar. Üstəlik bütün strateji yüksəkliklər, kommunikasiyalar onların əlində idi. İndi isə, tam tərsinədir. Üstünlüklər bizim tərəfimizdədir. Ən əsası isə, Ordunun psixoloji durumu, döyüş əhval ruhiyyəsi son dərəcə yüksəkdir. İstənilən döyüş tapşırıqlarını qısa zaman kəsiyində yerinə yetirmək qabiliyyətindədir. Hal-hazırki vəziyyətdə Ermənistan ordusunun, Müzəffər Ordumuza qarşı müqavimət göstərmək imkanları sıfra bərabərdir. Bu gün keçirilən “Qisas” əməliyyatı bunu bir daha sübut etdi. Şəhidimizin qisası artıqlaması ilə alındı. Videokadrlarda aydın şəkildə görünür ki, erməni canlı qüvvəsi və texnikası dəqiqələr içərisində darmadağın oldu. Belə də olmalıdır. Erməni bir dəfəlik qulağında sırğa eləməlidir ki, Azərbaycan əsgərinə atəş açmaq ona baha başa gələcək. “ Dəmir Yumruq” yerindədir. Təbii ki, Ordunun qüdrəti, dövlətimizin, bilavasitə Ali Baş Komandanın prinsipial və qətiyyətli mövqeyinə bağlı məsələdir. Ordu quruculuğu uzun illər, geniş maliyyə resursları, gərgin zəhmət tələb edən mürəkkəb məsələdir. Hər birimizin fəxr etdiyimiz, bu günki Müzəffər Silahlı Qüvvələrin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Ali Baş Komandan İlham Əliyev tərəfindən, dünyanın ən güclü orduları səviyyəsinə çatdırılmışdır. Azərbaycan müasir dünyada yeganə ölkədir ki, işğal altında olan torpaqlarını müharibə yolu ilə, mərdi-mərdanə təkbaşına azad etməklə, harada yaşamasından asılı olmayaraq, xalqımızın hər bir üzvünə əbədilik qürur hissi bəxş etmişdir. Bu gün post-sovet ölkələrində, Yaxın Şərqdə baş verənləri təhlil etdikdə, əldə etdiyimiz Qələbə yuxu kimi gəlir. Son dərəcə mürəkkəb geosiyasi şərtlər daxilində, əksər beynəlxalq güclərin dəstəklədiyi dünya erməniliyini məhv etmişik. Bunun kökündə duran əsas amil, xalq-dövlət-ordu, milli birlikdir”.  

     

 






Fikirlər