Azərbaycan xalqı şəhid verdi, AMMA AGLAMADI, QÜRÜRLANDI...
Aprelin 1-dən 2-nə keçən gecə cəbhədə, Qarabağ ətrafında başlanmış hərbi gərginlik Azərbaycan insanında neçə illərdən sonra böyük ruh yüksəkliyi yaratdı. Düşmənlə şiddətli atışmalarda Azərbaycan ordusu şəhidlər versə də, cəmiyyətdə ruh düşkünlüyü yox, əksinə qürur duymaq, fəxr etmək və düşmədən intiqam almaq hissləri baş qaldırdı. Bu, özünü daha çox şəhidlərin dəfnində müşahidə olunan izdihamlarda, sosial şəbəkələrdə biruzə verdi. Maraqlıdır, bu tendensiyalar nədən qaynaqlandı? Məsələ ilə bağlı Modern.az saytına danışan vətənpərvərlik mahnılarının tanınmış ifaçısıAzərin deyib ki, cəbhədəki son hadisələr Azərbaycan xalqını yuxudan oyatdı: “Son günlər cəbhədə baş verən hadisələr illər boyu millət olaraq içimizdə bir-birmizi qınamağımızla müşayiət olunan stereotipləri alt-üst etdi. Ordumuz sübut etdi ki, biz yatmış aslanıq. Silahlı Qüvvələrimiz bizi sanki yuxudan oyatdı. Biz millət olaraq türkük, coğrafiyamız isə Azərbaycandır. Məsələn, mən özüm Azərin kimi coğrafiyamın adını daşıyıram. Qan olaraq bizim damarlarımızda türk qanı axır. Bizə gərək əl vurmasınlar, toxunmasınlar. “Atəşkəsdən bəri uzun müddət şüuraltımızda bir ümidsizlik hökm sürürdü. Xalqımız sanki elə bilirdi, hər zaman belə də olacaq. Amma son hadisələr çox dəyişikliyə imza atdə. Artəq belə demək olar ki, Azərbaycan insanı Qarabağa qayıtmaq, torpaqlarımızı işğaldan azad etmək istəyir. Bu yolda bir daha şəhid verə biləcəyimizi də göstərdik. Xanım müğənni hesab edir ki, şəhidlərə “ölü”, “meyit” kimi sözlər demək olmaz. Azərin şəhidlərə olan diqqət və sayğının imandan, Allah sevgisindən qaynaqlandığı qənaətindədir: “Bəzən görürük ki, şəhidlər haqqında “öldü”, “meytd” kimi sözlər də yazırlar. Biz bu sözləri işlətməməliyik. Şəhidin ünvanı elə böyük mərtəbədir ki, ona “meyit”, “cəsəd” demək olmaz. Şəhidə ən azından “şəhidin nəşi” demək olar. Şəhidlik məqamı qazanmış insanlara çox həssas yanaşma olmalıdır. Cümələlərimizi belə seçib deməliyik. Şəhid anlamını daha yüksəkdə tutmalıyıq. Şəhidə olan sevgi və sayğı, münasibət iman gücündən irəli gəlir. İman gücü də ondadır ki, ən azından dini bilgimiz və Allah sevgimiz olmalıdır ki, şəhidin kim olduğunu bilək. Cəbhədəki hadisələr sübut etdi ki, biz dini bilgini də almışıq və buna görə də şəhidimizə sayğı göstərə bilirik. Hadisələr göstərdi ki, bizim imanımız güclənib. “Bütünlükdə dünya gördü ki, Azərbaycan öz torpaqlarını düşməndən azad etmək iqtidarındadır. Azərbaycan ordusu çox güclüdür. Bizim yanımızda Türkiyə, Pakistan kimi dövlətlər var. Mənə Türk dünyası dövlətlərindən çoxlu məktublar gəldi. Türkiyə, Qazaxıstan, Qırğızıstandan çoxlu müraciətlər aldım, onlar bildiridilər ki, Qarabağa necə gəlib döyüşsünlər. “Şəhidlərimizə göstərilən xüsusi diqqət xalqımızın daxilində dirçələn və oyanan milli ruhun nəticəsidir. Bu, illərlə qələbəyə susamış insanların qəlbinin harayı, səsidir. Vətən, yurd sevgisinin gücüdür. Bu, xalqın öz ordusuna olan inamının, güvəninin sübutudur”
Bizə dəydilərmi, baş qaldırmağı da bacarırıq. Son hadisələr onu göstərdi ki, biz oyandıq, baş qaldırdıq”.
Azərin bildirib ki, 1994-cü ildə imzalanmış atəşkəsdən sonrakı müddətdə sanki insanlarda Qarabağla bağlı bir ümidsizlik var idi:
Uşaqdan qocaya vuruşmağa hazır olduğumuzu nümayiş etdirdik. Cavanlar, orta nəslin nümayəndələri cəbhə bölgəsinə axışdılar. Onların ürəyində vuruşmaq, torpaqları geri almaq hissələri alışın-yanırdı. Sadəcə olaraq kənardan xarici qüvvələr bizə maneə olmasın. Bizi Ermənistanla baş-başa buraxsınlar. Kənara çəkilib dursunlar. Biz onlara günlərini göstərək”.
Şəhidlər öz cənnətlərini qazandılar, onlar vətən və Allah uğrunda döyüşdülər və şəhadət şərbətlərini içdilər. Şəhidlərimiz ən yüksək mərtəbəni fəth etdilər”.
Bu, bir daha sübut etdi ki, bizim yanımızda dostlarmız var. Dostlarımızdan başqa Türkiyə kimi qardaşımız da var. Bizimlə çiyin-çiyinə yan-yana döyüşməyə hazırdır.
Xalq olaraq biz əzəmətimizi göstərdik. Türk olaraq hər an döyüşməyə hazır olduğumuzu nümayiş etdirdik. Buna bizim qeyrətimiz də, namusumuz da çatır. Yetər ki, Ali Baş Komandan əmr versin”-deyə müğənni vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin Hərbi-vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu isə deyib şəhidlərimizə göstərilən diqqət və qayğı xalqımızın oyanmış milli ruhundan irəli gəlir: