12.05.2014. - A.Haşımovayla Faiqin sözü çəp gəldi - Konçitaya görə
Müğənni bu qələbəni biabırçılıq adlandırıb:
“Avstriyalı iştirakçını görəndən sonra başa düşdüm ki, dünyanın sonudur. Quranda da, Bibliyada da yazılıb ki, cinslər yerlərini dəyişirsə, bu dünyanın sonunun əlamətidir. Dağılsın belə dünya! Bu nə biabırçılıqdır?! Hara gedirik biz? Üzündə saqqal, gözlərində sürmə, qulağında sırğa, əynində qadın libası... Kaş, Azərbaycan bu il onunla eyni səhnədə iştirak etməzdi. Həyatımda belə rüsvayçılıq görməmişdim. İyrəndim, çox iyrəndim”.
ANS telekanalında yayımlanan "Şoubiz+” verilişi isə xalq artisti Faiq Ağayevdən A.Haşımovanın bu sözlərinə münasibət öyrənib.
Müğənni “Biz nəzərə almalıyıq ki, bu, Avropa məhsuludur. Çox düzgün piardır. Avropa burada total tolerantlıq göstərir. Bu ifaçı saqqalsız çıxsaydı, diqqət cəlb etməzdi. Onun səsinə qulaq asanda görürsən ki, sırf kişi səsidir, qadın məlahəti yoxdur. İnsanlardakı qorxunu anlamıram. Deyirlər ki, cavanlarımız baxıb nə dərs alacaq. Bizim cavanlar müsbətə baxıb öyrənsinlər. Bəyəm bizdə müsbət nümunələr yoxdur? Qorxursunuz ki, övladınız mənfiyə baxıb nəsə öyrənər? Deməli, ona pis tərbiyə verirsiniz. Məncə, valideyn təsiri altında olan övladlar buna bir şou, sirk kimi baxacaqlar” - deyə bildirib.