15.03. 2014. - Aybəniz Haşımova: Bu biabırçılıq nə vaxt aradan qalxacaq?
Aybəniz Haşımova toylardan
danışıb.
AzerTaym.az Showlife.Az-a istinadən xəbər verir ki, müğənni toylara çox adam çağıranları tənqid edib: "Pul yığmaq xatirinə toya hamını dəvət etmək olmaz. Toya o kəslər dəvət olunurlar ki, sənin şad gününə doğrudan da sevinirlər və əsl dostluğun olur o insanlarla.
Aybəniz Haşımova qeyd edib ki, indiki toylar rinqi xatırladır:
"Bir-birləri ilə rinqə çıxıblar elə bil. Toyun rəqs meydançası isə Dəli Kür filmində mollaların rəqs fraqmentini xatırladır. Bu biabırçılıq nə vaxt aradan qalxacaq? Axı biz belə deyildik. Niyə kimlərəsə öz dəyərli adətlərimizi öyrətməyə çalışmırıq. Əvəzinə isə başqalarında bütün eybəcərlikləri mənimsəməyə çalışırıq. Hər biriniz öz övladlarınzın toyunda bu adətləri bərpa etsəniz, ümüd edirəm ki, vəziyyət xeyli düzələcək."