“Ərim mənə qadağa qoymuşdu...” - Çiçək + Fotolar

““Ərim mənə qadağa qoymuşdu...” - Çiçək + Fotolar

“Məndən dinləyicilər soruşurdular ki, niyə şeir oxumursan? Bir müddət şeir oxumadım. Həyat yoldaşım mənə şeir oxumağı qadağan etmişdi”.

Bu sözləri Qafqazinfoya açıqlamasında aparıcı Çiçək (Şəhla Vakkas) söyləyib.

O, bir müddət həyat yoldaşının ona şeir oxumağa qadağa qoyduğunu qeyd edib:

“Bir dəfə oxuyandan sonra düşüb maşına mindim. Mənə dedi ki, bu şeiri kimə oxumusan? Bizim böyük davamız oldu. Ona başa salmağa çalışdım ki, heç kəsə oxumamışam. Gördüm ki, şeir oxumağım ailə həyatıma təsir edir. Bir müddətlik bu qadağaya əməl etdim”.

Məşhur aparıcı şəxsi həyatının mətbuata qapalı olmasına münasibət bildirib:

“Anamı hər kəs tanıdı, bildi. Şəxsi həyatım barədə məlumatlar az yazılır. Bir az tilsimin qırılmasını özüm istədim. Yenə də saxlaya bilərdim. Uzaq planda qalmağı sevirəm. İnanın ki, özümdən razı deyiləm, sadəcə belə düşünürəm ki, məşhur olan insanlar geri planda olmalıdır.

Yəni özlərini tükətməməlidirlər. Özüm də başqalarını az-az görməyi sevirəm. Ola bilər ki, bundan qaynaqlanır. Bu dünyadan uzaq yaşayan insanam. İş dünyama heç kimi salmaram, mən də heç kimin iş dünyasına daxil olmaram”.

Fikirlər