“Batalyon” filmində Sərdar Həmidovun adı niyə çəkilmir? - Rejissordan AÇIQLAMA

Sərdar Həmidovun böyük xidmətləri olub. Adı çəkilməyib, amma filmdə onunla bağlı olan kadrlar var. Filmə baxsanız, həmin kadrları görə bilərsiniz. Sərdar Həmidovun böyük xidmətləri olub, bu, danılmazdır. Əsgərlərə hər zaman arxa-dayaq olub, əlində avtomat öndə gedib.

Bunu Modern.az saytına açıqlamasında Tərtər batalyonu və onun döyüşçüləri  haqqında çəkilən “Batalyon” sənədli filminin rejissoru Nizami Abbas deyib. 
Qeyd edək ki, film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasında lentə alınıb. Filmdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qəhrəmanlıq göstərən batalyonun yaradıcılarından olan Sərdar Həmidovun adının çəkilməməsi ailə üzvləri və müəyyən çevrələr tərəfindən narazılıqla qarşılanıb.

Sərdar Həmidovu şəxsən tanıdığını və böyük xidmətlərini gözəl bildiyini deyən rejissor film efirə gedəndən sora daha geniş açıqlama verəcəyini bildirib:

Film mənim versiyamda tamam başqa idi. İnşallah, onu Youtube-da yerləşdirəcəyəm. Amma filmdə Həmidov bilinir. Sizə deyim ki, həmi kadrlara pis münasibət də olmadı”.

 






Fikirlər