Röya bədəninə elə bir QİYMƏT QOYDU Kİ: “Sinəm 50 milyon, 100 MİLYON DA...”
Səmimidir, əksər şou əhli kimi danışanda sözlərinə ütü çəkmir. Buna görə də iynəli sözləri çox vaxt başına bəla olur. Amma kim nə deyir-desin, özü demişkən Yaqub kişinin, bu qara qızı sevilir də… Röyanı deyirəm, kişilərin röyasını qarışdıran əməkdar artist Röya Ayxanı… Yeniçağ.az-a müsahibə verən Röya ən məhrəm sirlərini açıqladı. – Bir çox dünya ulduzları vücudlarının gözəgəlimli əzalarını sığorta etdirir. Sənin gələcəkdə belə bir fikrin varmı? – Hələlik bu barədə düşünməmişəm. Amma gələcəkdə belə bir fikrə düşsəm, ilk növbədə sinəmi sığorta etdirəcəm. – Niyə məhz sinəni? – Ona görə ki, sinəmdə xal da var, çox qəşəngdir. – Bəs qiyməti? – Hələ məbləği nəzərdə tutmamışam. Sinəmi zarafatla dedim. Bədənimin hansı əzasını sığorta etdirmək barədə doğrudan fikirləşməmişəm. Cünki elə bir gözəl yerim yoxdur. Amma böyük məmnuniyyətlə, səsimi sığorta etdirərdim. – Hansı məbləğə? – Ayyy… Çox baha. Bunu səsimdəki rəngi qorumaq üçün edərdim. Demirəm, səsim var (gülür), amma səsimin rəngi var. Amma indi gərək sığorta şirkətləri də real olsun ki, mən bu arzumu reallaşdırım. – O rəngin qiyməti də yəqin çox başa olar? – Əlbəttə baha, səsimi 100 milyon dollara sığorta etdirərdim. – Bəs sinəni? – Sən ancaq seksual suallar verirsən də. (gülür) Sinəmi 50 milyona, çünki çox möhtəşəmdir. – Səmimiyyət başına bəla olurmu? – Yox, olmur, rahat adamam mən. Söz-söhbətləri boş verirəm. – Cəmiyyətdə səni ən çox nə qıcıqlandırır? – Mən Bakıya ancaq işlərimi görmək üçün gəlirəm. Heç nədən xəbər tutmuram. Buna görə çox da problemim olmur. – Bakıda yaşamırsan ki? – Bakıda da yaşayıram, İstanbulda da. – Sevgisiz yaşamaq mümkündür? – Sevgi çoxdur həyatımda. – Bir sevgini unudub, yenisinə başlamaq üçün Röyaya nə qədər vaxt lazımdır? – Düşünürəm ki, bunun üçün mənə 6 ay kifayət edir. (düşünür)…yox… 9 ay. – Bir sevgi ilə vidalaşanda depressiyaya düşürsən? – Qətiyyən. Mən ümumiyyətlə depressiyanın nə olduğunu bilmirəm. Mən də belə adamam. – Hesab edirsənmi ki, kişiyə görə depressiyaya düşməyə, stress yaşamağa dəyməz. – Əlbəttə dəyər, kişi deyəndə bu siyahıda atam, qardaşım da var axı. – Mən ata-qardaşdan danışmıram e, sevgilini nəzərdə tuturam… – Azərbaycan kişisinə görə stress yaşamağa dəyər. Çünki azərbaycanlı oğlanlar oğuldur e… Başqa dövlətlərə gedib görəndən sonra bunu hər bir azərbaycanlı qadın başa düşəcək. Seksual suallar qurtarmadı? (gülür) – Bir sualıma da cavab alım, mövzunu bağlayaq… Filmə dəvət etsələr, nə qədər qonorar tələb edərsən? – Əgər qəşəng bir film olsa, ilk başlanğıcda bir qəpik də götürmərəm. İstəyərəm ki, həmin məbləğ filmin istehsalına xərclənsin. Nəticədə də ortaya mükəmməl film çıxartsınlar. Yalnız ondan sonra qonorar barədə düşünərəm. – Erotik filmə çəkilməyə razılıq verərsən? – Əlbəttə çəkilərəm. – Özünü seksual xanım sayırsan? – Yooox, aradabir…(gülür) – Bir aylıq xərcin nə qədərdir? – Heç soruşma, bu, mənim yaralı yerimdir. Sən birgünlük xərcdən danış, çox bədxərcəm. – Özün xərcləyirsən, yoxsa xərcləyirlər? – Özüm xərcləyirəm, həm də hamıya. Bütün nəsil mənim əlimə baxır. Oğluma bir kitab alıramsa, bacım uşağına, digər qohumlara da almalıyam; yaxud da geyim… Hüseynə nəsə almışamsa, o biri uşaqları da yadımdan çıxartmıram. Mən də belə insanam, neynim.