Ev verilməyən məşhur jurnalist haqqında ŞOK sözlər "Çəkisi ağır olsa da, yüngüllüyü ilə..." - FOTO
Azərbaycanın tanınmış aparıcısı Aytən Səfərova sosial şəbəkədə tənqid olunub. AzerTaym.az-ın məlumatına görə, azxeber.com saytının baş redaktrou Əfzələddin Ağalarov A.Səfərova haqqında bunları yazıb: "ANS-in vitse-prezidenti Mir Şahin haqqında çox eşitmişik. Adam söz sehirbazlığını sevirdi. O zamanlar "Kök altı" verilişi yayımlanırdı. Mir Şahin də o verilişdəki "kök" sözünün həqiqi mənasını tamaşaçıya göstərmək üçün AĞIR birinə layihəni həvalə etmişdi. Qız ağır olsa da, verilişdə yüngüllüyü ilə maraqlı obraza sahib idi. Sonra ANS-i ATV-yə dəyişib orda da əttökən yumoru ilə ürəkləri bulandırdı. İndi də ev məsələsində "haqq" tələb edib şər-böhtan atmaqla bulandırır. İnsanlar səviyyəsini qorumaq üçün susur, bu xanım isə elə bilir ki biz onun çəkisindən çəkinirik. Mən ona peşəsində həmişə icra etdiyi yüngüllüyü yox, ağırlıq arzu edirəm. Bu dəfə zahiri yox, mənəvi ağırlıq. Mir Şahin görünür ona mənəvi ağırlıq qazandıra bilməyib. Elə fizioloji ağırlıqla yetinib."