Şahin Sultanov pensiyaya çıxır:ayda 1000 manat alacaq

Şahin Sultanov pensiyaya çıxır:ayda 1000 manat alacaqHərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqaüdə çıxmağa hazırlaşır.

Bu barədə azvision.az-a vitse-admiralın vəkili Adəm Məmmədov məlumat verib:

“Şahin Sultanov pensiya almağa hazırlaşır. O, orduda xidmətinə görə təqaüdə çıxacaq. Pensiyasının məbləği də yəqin ki, 1000 manatdan artıq olar. Admiral orduya qayıtmaq barədə də fikirləşir. O, təqaüdə çıxandan sonra da orduda xidmətini davam etdirə bilər. Onun övladları da heç bir yerdə işləmirlər”.

A.Məmmədov admiralın səhhətindən də danışıb: “Onun səhhətində müəyyən problemlər var. Hazırda ev şəraitində müəlicəsini davam etdirir”.

Sonda A. Məmmədov qeyd edib ki, admiralın bəraət alması istiqamətində işlər davam etdirilir.






Fikirlər