Səfər Əbiyev Şahin Sultanovun azadlığa buraxılmasından danışdı
Sabiq müdafiə naziri Səfər Əbiyevin sadiq kadrlarından olan Şahin Sultanovun ev dustaqlığına buraxılması böyük əks-səda doğurub.
Azvision.az keçmiş müdafiə naziri ilə əlaqə saxlayaraq vitse-admiralın azadlığa buraxılmasına münasibət öyrənməyə çalışıb. "Səfər müəllim, bildiyimiz kimi, Şahin Sultanov ötən gün azadlığa buraxıldı. Bu barədə fikirlərinizi bilmək istərdik. Onun azad olunacağını gözləyirdinizmi"-sualına cavabında S.Əbiyev deyib: “Narahat olmayın, hər şey yaxşıdır. Heç bir problem yoxdur. Bu barədə danışmağa vaxtım yoxdur. İşim var indi, getməliyəm”.
Qeyd edək ki, Şahin Sultanovla Səfər Əbiyev orduda eyni vaxtda xidmət ediblər. Zakir Həsənov isə ordu rəhbərliyinə gətirildikdən bir müddət sonra Şahin Sultanov barəsində həbs-qəti imkan tədbiri seçilib.