Şeyx Hacı Şahin Həsənliyə vəzifə verdi
Hacı Şahin ANS-ə açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, QMİ-nin səlahiyyətli nümayəndəsi təyin olunub: "QMİ-nin səlahiyyətli nümayəndəsi idarə adından bəyanat verə bilir. Həmçinin məscidlərin fəaliyyəti ilə bağlı məlumatlar hazırlayaraq QMİ-yə təqdim edirlər. Mən də bu istiqamətdə çalışmağa davam edəcəm".
Virtualaz.org xatırladır ki, Şahin Həsənli 1974-cü ildə Bakıda anadan olub. Orta məktəbi rus dilində bitirib. 1995-1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə Azərbycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsini bitirib. 2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.
2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşhədi Dadaş” məscidində imam-camaatdır. Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib.
1998-2001-i illərdə təsisçilərindən olduğu “İkmal” Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndiliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o vaxtdan quruma rəhbərlik edir.
Ərəb, fars və rus dillərini bilir.
Heç bir siyasi partiyaya üzv deyil.
Ailəlidir, iki qızı və bir oğlu var.