İki ildir ki, KÜSÜLÜ imişlər... - FOTOLAR

İki ildir ki, küsülü imişlər...

Azərbaycanın iki məşhur aktyoru- Müşviq Şahverdiyevlə İllkin Misgərlinin küsülü olduğu məlum olub. “AzerTaym” xəbər verir ki, tanınmışlar iki ildir ki, münasibətlərinə nöqtə qoyublar. 

Hətta, onlar ötən ilin noyabrında rol aldıqları “Gizlənpaç” filminin təqdimatına belə küsülü olaraq qatılıblar.  Muşviq və İlkin premyerada aralarında baş verən soyuq münasibəti heç kəsə bildirməyiblər. 

Daha sonra bu küsülülük barışıqla sonlanıb.  Belə ki, İlkin Muşviqinin toyuna qatılaraq aralarında yaşanan gərgin anlara nöqtə qoyub.  

Muşviq “Xəzər Maqazin”ə açıqlamasında həmkarı ilə iki ildir ki, danışmadığını söyləyib:

“Bizim xasiyyətimiz fərqlidir. Adi yüngül bir şeydən küsürük. Bundan əvvəl ə küsmüşdük. Dost olduğumuz üçün altı aydan sonra barışdıq. Bu dəfə isə küsülülük iki il davam etdi”. 

 



 






Fikirlər