Aygün Kazımova yenə Natavana uduzdu

Aygün Kazımova yenə Natavana uduzduÖtən gün müğənni Natavan Həbibinin xalq artisti Aygün Kazımovaya qarşı “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair” iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsində mülki işə baxılıb.

Axşam.az-ın xəbərinə görə, məhkəmə kollegiyasının yekun qərarı ilə Nəsimi Rayon Məhkəməsinin Natavan Həbibinin xeyrinə çıxardığı qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb, xalq artistinin iddiası qəbul edilməyib.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən Aygün Kazımova Natavan Həbibinin ünvanına işlətdiyi yalan məlumata görə, təkzib verməli və təhqiramiz ifadələrə görə üzr istəməlidir. Qətnamədən narazı qalan xalq artisti apellyasiyaya şikayət vermişdi.






Fikirlər