Belarusu “Eurovision”da GÜNƏŞ TƏMSİL edəcək?
Bu gün Belarusu “Eurovision- 2018” mahnı müsabiqəsində təmsil edəcək müğənninin adı məlum olacaq. "AzerTaym" bildirir ki, “Qafqazinfo”-nun xəbərinə görəi, birinci kanalda yayımlanacaq milli seçim turlarının finalında iki iştirakçı qalibiyyət uğrunda mübarizə aparacaq. Finalistlərdən biri əslən azərbaycanlı olan Günəşdir. O, final üçün “I won't cry” mahnısını ifa edib və klip çəkdirib. Günəşin rəqibi isə gənc müğənni Aleeksevdir. Bukmeykerlərin rəyinə əsasən, azərbaycanlı iştirakçının qalib olma şansı daha çoxdur. Buna səbəb kimi onun təcrübəsinin çox olması və milli seçim turlarına yeddinci dəfə qatılması göstərilir.