Xoşqədəm transseksualı MƏHKƏMƏYƏ verdi
Teleaparıcı Xoşqədəm Hidayətqızı cinsi azlıq nümayəndəsini məhkəməyə verib. Minval.info xəbər verir ki, buna səbəb kimi Nura Paşayeva adlı transseksualın sosial şəbəkədə onu təhqir etməsi göstərilir. X.Hidayətqızı bildirib ki, onun “sponsorunun” şəklini də tapıb, arvadına-uşağına deyəcək: “Bunun üçün trans olmaq xoşbəxtlikmiş. Axtarırıq, kimin bu şəxslə bağla məlumatı varsa, yazsın. İndi bunun yeni fotolarını da paylaşacam. Onun sponsorunun şəklini də tapıb, arvadına-uşağına deyəcəm”. Xatırladaq ki, X.Hidayətqızı onu təhqir edənlərin hüquqi yolla cavabını verəcəyini və heç kimə güzəşt etməyəcəyini qeyd edib.