AFAQ ASLAN Lotu Quli ilə olan münasibətindən danışdı: “SEVGİ NAZİRƏ, avtoritetə baxmır...”
Müğənni Afaq Aslanın kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) şəxsi münasibətlərinin olması haqda mətbuatda məlumatlar yayılıb. Məsələ ilə bağlı müğənni musavat.com-a danışıb: “Ümumiyyətlə, şəxsi həyatımla bağlı açıqlamalar verməyin əleyhinəyəm. Lotu Qulini tanıyıb-tanımadığım haqda danışmaq istəmirəm. Şəxsi həyatım yalnız mənə məxsusdur”. Müğənni kriminal aləmə olan münasibətindən də söz açıb: “Kriminal aləmə olan münasibətim mükəmməldir. Bu günə qədər kriminal aləmin nümayəndələri ilə dostluq münasibətlərim olmayıb. Amma öz sözünü deməyi bacaran insanları həmişə dəstəkləmişəm. Ümumiyyətlə sevgi məsələsindən söhbət gedirsə, məncə sevgi nazirə, məmura, biznesmenə və ya avtoritetə baxmır”. Qeyd edək ki, müğənni şəxsi İnstaqram hesabında bioqrafiyasına özünün və sevgilisinin baş hərfini (A-N) qeyd edib. O, 100 minə yaxın izləyicisi olan səhifəsində yalnız kriminal avtoritetə məxsus olan səhifəni izləyir. Bu iki nüans onun Nadir Səlifovla münasibətlərinin olması haqda rəy yaradıb.