RÖYANIN ortağı BƏRAƏT İSTƏDİ

Röyanın ortağı bəraət istədi

Bakı Apellyasiya Məhkəməsində müğənni, əməkdar artist Röya Ayxanın biznes ortağı, dələduzluqda təqsirləndirilən Səbinə Hüseynova barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

AzerTaym.az-ın verdiyi xəbərə görə, hakim Elşad Şamayevin icraatında olan prosesdə S.Hüseynovanın şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

S.Hüseynova İlqar Babayevdən 86 min dollar alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. İstintaq dövründə həbs edilmədiyi üçün azadlıqda qalıb. Lakin məhkəmə proseslərinə gəlmədiyinə görə barəsində həbs-qətimkan tədbiri seçilib və polis əməkdaşları tərəfindən həbs edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Hüseynovaya şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. O isə qərardan apellyasiya şikayəti verərək barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Qeyd edək ki, R.Ayxan bir neçə il bundan əvvəl dizayner S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. 

Xatırladaq ki, Səbinə Hüseynova 1990-cı illərin sonlarında bir neçə porno filmə də çəkilib. Həmin filmlər 2000-ci illərin ortalarında Azərbaycanda da yayılmışdı.






Fikirlər