Memati sultan Bəyazid oldu FOTO

Memati sultan Bəyazid oldu FOTORejissor Kürşat Kızbazın çəkdiyi “Somuncu Baba Aşkın Sirri” filminin heyətinə tamaşaçıların “Kurtlar Vadisi” filmlərində Memati obrazı ilə tanıdığı aktyor Gürkan Uygun da qatıldı.

ANS PRESS-in məlumatına görə, Gürkan Uygun Osmanlı padşahı sultan Bəyazidi canlandırır. Tamaşaçıların qarşısına yeni bir sürprizlə çıxacağını deyən Gürkan bildirib ki, tarixi şəxsiyyətlərin obrazını canlandırmaq böyük məsuliyət tələb edir:

“İkinci Bəyazid obrazını canlandırmaq çox gözəl bir hisdir, amma bir o qədər də məsuliyyətlidir. “Muhteşem Yüzyıl”da Memar Sinan obrazını canlandırmışam. Bu cür tarixə istiqamət vermiş şəxsiyyətləri canlandırmaq aktyor üçün böyük şansdır. Amma fikirləşirəm ki, bir o qədər də məsuliyyətlidir. Ürəyimə yatan bir işdir”.






Fikirlər