Könül Kərimovaya PUL “ATAN” qadına İŞ İSTƏNİLDİ

Könül Kərimovaya pul “atan” qadına iş istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Könül Kərimovaya və digər şəxslərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Məlahət Məmmədovaya cəza istənilib. 

Hakim Fikrət Qəribovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək M.Məmmədovanın 6 il 9 ay 29 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 12-də davam etdiriləcək.

İttihama görə, M.Məmmədova bir neçə şəxsə müxtəlif vədlər verərək 300 minə yaxın pul alaraq qaytarmayıb. O, müğənni K. Kərimovanın oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib. K.Kərimova oğlunu universitetə tələbə kimi düzəltmək üçün M.Məmmədovaya ümumilikdə 32 min manat pul verib və onun 11 min manatının geri ala bilib. 

M.Məmmədova əvvəllər də dələduzluqda ittiham olunub və şərti cəza alıb. 

 






Fikirlər