MİSİRLİ AKTRİSA HƏBS OLUNA BİLƏR — Şəffaf geyiminə görə (Fotolar)
“Ölkə.Az” xəbər veriri ki, cinayət işi bir qrup vəkilin “Rania Yusufun davranışı hüququn açıq-aşkar pozulması, Misir xalqını təhqir və misili qadınların adının ləkələnməsidir” şikayətindən sonra açılıb. Şikayətdən sonra hərəkətə keçən Misir baş proqkurorluğu aktrisanın 12 yanvarda hakim qarşısına çıxarılmasına qərar verib. Rania Yusuf “əxlaqsızlıq, ədəbsiz davranış və cəmiyyətdə pisliyi yaymaq” maddələri ilə ittiham olunur. Qeyd edək ki, məhkəmə tərəfindən təqsdiqlənərsə, Rania Yusufa 5 il həbs cəzası verilə bilər.
40-cı Beynəlxalq Qahirə Film Festivalının bağlanış mərasimində bədən xəttləri və ayaqları bütünlüklə görünən şəffaf paltar geyindiyi üçün misirli aktrisa Rania Yusuf haqqında cinayət işi açılıb.