Aygün boşanıb?
Türkiyəyə ərə gedən Aygün İsmayılova Miyak bir müddətdir Bakıya qayıdıb. "AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, sənətçi boşanması ilə bağlı iddialara cavab verib. O, "Hüseynova bacıları" verilişində "Boşanmısan" sualına belə cavab verib: "Geri dönüş biletini almamışam. Hələ burada qalacam. Boşanmamışıq, Allah etməsin. 2013-cü ildə ərə getmişəm, iki övladım var. Qohumlarım, ailəm uşaqlarımı görmək istəyirdi, gəldim". Qeyd edək ki, Aygün Haluk adlı şəxslə ailə qurub.