"Anam hökmlü olsaydı, ərini əlindən almazdılar"
"AzerTaym.az" axşam.az xəbər verir ki, bu sözləri müğənni İlahə Fəda "Zaurla Günaydın" verilişində deyib. Ailəsindən danışan sənətçi anasının ikinci dəfə ərə getdiyini söyləyib. O bildirib ki, digər iki bacısı doğma yox, ögeydir: "Sonra iki bacım doğuldu. Ana bir, ata ayrıyıq. Amma aramızda ögey mövzusu olmayıb. Anam hökmlü olsaydı, ərini əlindən almazdılar, sevdiyi oğlanı başqasına verməzdi. Atam atalıq görəvini yerinə yetirmədi. İllər sonra xəstə oldu, biz ona baxdıq. Biz övladlıq görəvimizi yerinə yetirdik".
"Atam evlənəndən 3 il sonra anamı atıb getdi. Həmin vaxt anam Fədayəyə hamilə idi. Aradan 7-8 il keçəndən sonra anamı başqa kişiyə ərə veriblər. O vaxt deyirdilər, dul qadındır, adına söz çıxmasın, namus əldən gedər...".