“Dedilər ki, bu iş olmayacaq” - İradə ərindən YAZDI
“O, mənim həyat yoldaşım, yol yoldaşımdır. Yolun yarısında qoymayacaqlarımdandır. Nə arxasında, nə də önündəyəm. 11 ildir ki, yanındayam, üstəlik çiyin-çiyinə, qol-qola, yan-yana, əl-ələ, diz-dizə. Bir yastıqdayam və son nəfəsimə, ölüm ayırana qədər yanında olacağıma söz verdim”. Axşam.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial media hesabında yazıb. Uzun illərdir İstanbulda yaşayan ifaçı həyat yoldaşı Ceyhun İzərlə paylaşdığı fotoda evliliklərində 11 ili başa vurduqlarını bildirib: “Sözün əsl mənasında o, həyat ortağımdır. 11 ildir ki, hər yerdə birlikdəyik. Hələ tanış olduğumuz illəri də saysaq, 17 il edir. Vaxtilə çox dedilər ki, bu iş olmayacaq, adətlərimiz, dünyaya baxışımız, hələ bu sənətlə heç nə alınmayacaq. Yaşın balacadı, hələ başa düşmürsən, biriniz Qoç (Qoç bürcü – red.) digəriniz Şir. Daha nələr və nələr... Qoça bənzətməklə doğru ediblər. Hər iki tərəf də güclüdür, qürurludur, amma mübarizəsinin dadına doymaq olmur. Zarafat edirəm, bərabər böyüdük. Yazı yazanın deyil, oxuyanınmış... Əslində əsas məsələ bir-birinə qol-qanad olmaqdır. Əvvəlcə ikimiz olduq, sonra biz, sonra ailə. Həyatımıza təmas edən hər kəslə və hər şeylə gözlərimizin içi gülsün”. Qeyd edək ki, cütlüyün 2010-cu ildə İpək adlı qızı, 2015-ci ildə isə Əli adlı oğlu dünyaya gəlib.