Efirdə Əməkdar artistlə vəkil arasında dava düşdü - VIDEO

Efirdə Əməkdar artistlə vəkil arasında dava düşdü - Video

 

"Elgizlə izlə" proqramında Əməkdar artist Kübra Əliyeva ilə vəkil Şəfiqə Nağıyeva arasında mübahisə düşüb.

Axşam.az xəbər verir ki, proqrama yardım üçün qatılan Vəfa adlı qadın uşaqlarını atdığını, deyib. O bildirib ki, həyat yoldaşı vəfat edib, ailəsi isə atalıq hüququ vermir.

"Atalıq haqqını sübut etmək olar. Oğlanın anası, bacısından analiz götürülüb sübut edilər. Lazım gələrsə qəbir açılar" deyə, K.Əliyeva deyib.

Onun bu sözləri Ş.Mağıyevanı özündən çıxarıb və "Siz onda verərsiz ərizə, qəbir açarsız, sübut edərsiz. Vəkil qalıb burada, siz məsləhət verirsiz. Danışın vəkilin yerinə. Sənətkar sənət işindən, vəkil vəkil işindən danışsın" cavabını verib.

"Hər şeydən danışıram. Sözümü ağzımda qoyursuz, aman vermirsiz söz deyim. Nə olub, sizin fikrinizdən pis fikir demirəm. Bura teatr deyil sənətdən danışım" deyə, aktrisa söyləyib.

Aktrisa ilə vəkilin mübahisəsi böyüdüyü üçün veriliş kəsilərək, reklam verilib.






Fikirlər