Xanəndə keçmiş baş nazir olan qayınatası ilə görüntülərini paylaşdı - FOTOLAR

Xanəndə Pərviz Qasımov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Sənətçi şəxsi instaqramda qayınatası, sabiq baş nazir Novruz Məmmədovla fotolarını yayımlayıb. Sənətçinin qayınatası ilə olan şəkilləri azyaşlı övladı Qasımın kiçik toyu zamanı lentə alınıb.

Pərviz paylaşıma bu sözləri də əlavə edib:

“Çox hörmətli ziyalımız, ölkəmizin sabiq Baş naziri, “Şərəf”, “Şöhrət” ordenli Novruz Məmmədov cənabları ilə xatirə şəkli”.

Qeyd edək ki, N.Məmmədovun qızı Firuzə Məmmədova xanəndə Pərviz Qasımovla ailəlidir. N.Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb. 2019-cu ildə Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru təyin olunub./BAKU.WS






Fikirlər