“İnanmıram ki, Gülüstan mənə mədəniyyətsiz desin, məndən nə mədəniyyətsizlik görüb ki?”

“İnanmıram ki, Gülüstan mənə mədəniyyətsiz desin, məndən nə mədəniyyətsizlik görüb ki?”

“Rusiyadayam, çörək pulu arxasınca getmişəm. Heç bir sənət yoldaşımla görüşə bilmirəm, münasibət də saxlamıram. Salam, sağol qalıb. Bir az pis çıxmasın, heç kim məni maraqlandırmır da. Həyat qısadır, ömür azalıb. Bir-birinin ardınca sənətçilər dünyalarını dəyişirlər. Toppuş bacı da gözəl insan və aktrisa idi. Allah ona rəhmət etsin. Qalmaqal, düşmənçilik etməyin yeri yoxdur. Hər dəfə kimisə itirəndən sonra bizdə insani hisslər baş qaldırır. Bir müddət heç kimə pislik etmirlər, sonra başlayırlar yenə də pislik etməyə. Olmaz ki, heç vaxt pislik etməyəsiz, ancaq yaxşılıq edəsiz?”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı bildirib.
 
 
Müğənni illər əvvəl əməkdar artist Gülüstan Əliyeva ilə olan qalmaqalından da danışıb. Bildirib ki, bu məsələyə əslində kənar insanlar müdaxilə edərək, aralarını vurmaq istəyiblər.
 
“Gülüstan yaxşı xanımdır, vaxt olub ki, onunla şadlıq evində bir yerdə işləmişik. Bir-birimizə toylar vermişik, yaxşılıqlar etmişik. Xırda məsələlərə görə Gülüstanla münasibətimi poza bilməzdim. Yenə də onu görəndə öpüb-qucaqlayıram. Sənətə dünən gəlməmişik, ikimizin də ali savadı, sevənləri var. Mən onu çox istəyirəm, hər nə olubsa da keçib gedib. Mən sadəcə demişdim ki, “Ay nənə” mahnısını Gülüstan Əliyeva məndən sonra oxuyub. Bəlkə də ona başqa cür çatdırmışdılar. O da demişdi ki, “hər kəs öz mədəniyyətini göstərir”. İnanmıram ki, Gülüstan haqqımda bu sözü desin, çünki mənim mədəniyyətsizliyimi görməyib. Bəlkə də montaj etmişdilər. Mədəniyyətimə də, sənətimə də bələddir. Deyibsə də Allah canını sağ etsin. İnsandır da, bəlkə əsəbi vaxtına düşüb. Amma yenə də inanmıram. Bir daha olmasın, Gülüstan o vaxt avtomobil qəzası keçirəndə yanına gedib, ona başa çəkənlərdən biri də mən idim. Bizim münasibətlərimiz bu günə yox, o vaxta söykənir”, - deyə sənətçi bildirib.






Fikirlər