“Qardaşım dedi ki,bu nə saçdı-başdı rayonda biabır olmuşuq“ - Xalq artisti

 qaynarinfo.az

 "Müasirlikdir deyib, hər şeyi geyinib gülünc vəziyyətə düşmək olmaz".

 "AzerTaym.az" "525-ci qəzet"ə istinadla xəbər verir ki, bunu Xalq artisti Niyaməddin Musayev müsahibəsində deyib.

O qeyd edib ki, əvvəlcə qardaşı saçlarının uzun olmasını istəməyib:

"(Saçlarını toplayır) Bu mənə yaraşar? Yaraşmaz axı. İmic insanın üzünə, bədən quruluşuna görə olmalıdır. Geyim də elədir. Hər bir insan geyim seçərkən öz bədən quruluşunu nəzərə almalıdır. Müasirlikdir deyib, hər şeyi geyinib gülünc vəziyyətə düşmək olmaz.

Bir gün qardaşım dedi ki, bu nə saçdır uzadırsan? Rayonda biabır olmuşuq. Mən də dedim, yaxşı, o biri otağa keçib başıma bir papaq qoydum, saçlarımı da papağın altına yığdım. Bu dəfə də məni görüb dedi ki, yox, bu Niyaməddin olmadı, elə özün kimi ol".

https://www.youtube.com/watch?v=jldBYZlO_k8






Fikirlər