"Nazpəri dedi ki,onu nəsli qarışıq köçürərəm Azərbaycandan" - qalmaqal
Axşam.az-ın məlumatına görə, sənətçi deyib ki, bu addımını bəyənməyən N.Dostəliyeva zəng vuraraq onu təhqir edib.
Xatun bundan sonra heç kimi parodiya etməyəcəyini söyləyib:
“Verilişdən çıxan kimi telefonlarıma zənglər gəldi. Nazpəri Balaşı (Xatunun qardaşı – red.) yığıb, təhqirlər, söyüşlər deyib: “Bacına de ki, onu nəsli qarışıq Azərbaycandan köçürərəm. Onu belə edərəm, elə edərəm”. Baxın, buna görə heç kimi parodiya etmirəm. Sonra zənglər gəlir, təhqirlər edilir. Guya mən onun şərəf və ləyaqətinə toxunmuşam. Efirdə heç onun adını çəkməmişəm. Sevdiyim Cabbar Musayevin mahnısını oxumuşam. Özüm bilərəm, necə istədim oxudum, ağzımı əyə-əyə, büzə-büzə... Azərbaycanın hüquq mühafizə orqanlarına güvənirəm. Çünki bu qadın bir vaxtlar blokda bir aparıcını döydürtmüşdü”.