Mətanət efirdə AĞLADI: “Olanları danışsam, nəvələrim məktəbdə...” – VİDEO

"Burada çox şeyləri danışmaq istəmirəm. Çünki evimdə üç uşaq - bir qız, iki oğlan böyüyür. Danışsam, onlar məktəbdə xəcalət çəkəcəklər (ağlayır)". 

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib. 

Sənətçi 5 ildən çoxdur qalmaqal yaşadığı və məhkəmələrdə çəkişdiyi keçmiş gəlini Canananın (Aynur Vaqifqızı) oğlu Kərimlə tanış olmasından danışıb: 

"Keçmiş gəlin mənim övladımı tora salıb. Mənim uşaqlarım 8-ci sinifdə oxuyanda özləri məktəbə gedib gəlirdilər. Onları heç kim aparıb, gətirmirdi. Övladlarıma dayə yox, bacım baxıb. Mənim övladımın arxasıyca məktəbə gəlib deyirdi ki, sənin anan Mətanət İsgəndərlinin fanatıyam. Uşağımı yoldan çıxarıb.

10 il oğlum Kərimin böyüməyini gözləyib. Oğlum orta məktəbi, universiteti və hərbi xidməti başa vurdu, amma ondan əl çəkmədi. 21 yaşında qadın 8-ci sinifdə oxuyan oğlan uşağını sevə bilər? Evlənmək günahdır? Yazıq oğlum Kərim ailə qurub və onun başına bu hadisələr gəlib. Mən evimə gəlin gətirdim ki, sevinim. Gətirmədim ki, düşmən olsun mənə... Bütün dünyada ər-arvad boşanır və sakitcə ayrılırlar. Beş ildir ki, onlar boşanıblar.

Amma gəlin bizdən əl çəkmir. Əl çək bizdən! Sən bizim qəsdimizə durub, öldürmək istəyirsən? Allah izin verməsə, biz ölməyəcəyik". 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların üç övladı isə anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb.

Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var. 

 






Fikirlər