“İllərdir SƏY-SƏY...“ - Elzadan Rafaelə SƏRT SÖZLƏR...
Əməkdar artist Elza Seyidcahan Əməkdar artist Rafael İsgəndərovun onun şeirlərini təqnid etməsinə cavab verib. AzerTaym.az axşam.az-a istinadən bildirir ki, Elza Rafaelin "Biz də səy-səy qulaq asırıq" sözlərini tənqid edib. "Zarafat bir yana" proqramında qonaq olan ifaçı "Bu şəhərdə"nin aktyorunun onun haqqında dediklərini yanlış fikir adlandırıb: "Deməyə ixtiyarım var, amma demirəm. Yaradıcılıq odur ki, ağlatmalı, güldürməli, düşündürməlisən. Məni bəyənməyənlər ömürboyu qadın obrazından çıxmırlar ki, camaatı güldürsünlər. Kobud səslənməsin. Rafaeli çox istəyirəm. Bir dəfə başqa verilişdə demişdi, dedim, yəqin zarafat edir. Amma indi ona sual veriləndə cavab verdi, düşündüm ki, izah edər, zarafata deyər. Amma etmədi, təəccübləndim, demək, başa düşmür. Mən də illərdir səy-səy sənin yaşıl pencəyinə baxıb, hörmət edirəm, alqışlayıram. Xanım dediyi, xalqın sənətkarı, Əməkdar artistəm. Bu, mənim yaradıcılığımdır. Əgər sən bunu başa düşmürsənsə, bu, mənim günahım deyil. Onda demək biz də sənə səy-səy baxırıq. Coşqun Rəhimov heç vaxt bu sözü deməzdi".