"Azəristar" yarışması onu lazımsız "kruq"lara saldı" - Emilin anası

"Azəristar" yarışması onu lazımsız "kruq"lara saldı" - Emilin anası

"Emilin narkotik asılılığı toy məclislərinə gedib-gəlməklə başladı. 2005-ci ildə Emil "Azəristar" mahnı yarışmasına qatılmışdı. Az da olsa, müsabiqə də onu lazımsız "kruqlara" saldı. Bunu mən hiss etmədim, sonradan mənə dedilər".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanovun həyat yoldaşı, mərhum müğənni Emil Rəhmanoğlunun anası Ulduz xanım "Günə son" verilişində deyib. O, övladının dəfələrlə müalicə olunmasına baxmayaraq, yenidən köhnə vərdişinə qayıtdığını bildirib:

"Bizim nəslimizdə, yaxınımızda elə işlərlə məşğul olan insanlar olmayıb ki, bilək necə şeydir, bu yola düşən insan özünü necə aparır. Mənə sonradan başa saldılar. Emili dəfələrlə müalicələrə qoyduq, 2-3 ay sonra yenidən qayıdırdı köhnə əməllərinə. Onu bu yola salanın kimliyini bilmirəm. O vaxtlar Yasamalda "Nüşabə" adlı bir restoran vardı. Emil orada hər axşam oxuyurdu. Eşitdiyimə görə, həmin məkandakı toyların birində belə şey baş vermişdi. 

Emilin əlinə pul gəldikcə evə gəlmirdi və yardım etmirdi. Həftələrlə yoxa çıxırdı, artıq 22 yaşı vardı. Başa düşmüşdüm ki, qazandığı pulları başqa şeylərə xərcləyir. Rəhman müəllimə zənglər gəlməyə başlamışdı, vəziyyəti başa düşdü. Dəfələrlə Emili müalicəyə göndərdi. Emil pis vərdişinə tez qayıtmırdı, köhnə əhatəsi onu yenidən tapırdı. Bu elə bir şeydir ki, insan gərək Azərbaycandan çıxsın, burada yaşamasın. Çünki onlara sərf edirdi, Emilin qazancından istifadə edirdilər".

Qeyd edək ki, Emin Rəhmanoğlu ötən il sentyabrın 19-da xəstəxanada dünyasını dəyişib. Onun ölümünə səbəb ürəyində yaranan tromb olub.






Fikirlər