Hacı İsmayılov “Ad günü” filminin qəhrəmanlarının 37 ildən sonrakı görüşündən danışdı - VIDEO
“Ad günü” (1977) filminin qəhrəmanları 37 ildən sonra (2014-cü ildə) görüşüblər. AzerTaym.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Tbilisidə cərəyan edib. Azərbaycanın Xalq artisti, tanınmış kino və teatr aktyoru, “Şöhrət” ordenli Hacı İsmayılov David Uplisaşvili (Əli) ilə görüşündə danışıb. David Uplisaşvilinin Hacı İsmayılovla görüşəcəyindən xəbəri yox imiş. Rejissor qəsdən ona xəbər verməyib ki, hər şey daha da təbii alınsın. “Gürcü aktyorun simasına diqqqətlə baxsanız həyəcan, təəccüb, heyrət - hər şey var o simada. Bu möhtəşəm kadrlar ilk dəfə jurnalist Vasif Ayanın “Şəxsi əşyalar” verilişində nümayiş olunub”, - deyə Hacı İsmayılov bildirib. Ətraflı süjetdə: