"Bu sevgi ömrümün sonuna kimi bəsimdir"

"Bu sevgi ömrümün sonuna kimi bəsimdir"

 

"Qadın kimi hər zaman xoşbəxt olmuşam. Sevmişəm və sevilmişəm. Sevgim, ailəm uğrunda mübarizə aparan xanım olmuşam. Bəlkə bu gün yox, amma mənim haqqımda əfsanələr yazılacaq. Yazılacaq ki, bu xanım ailəsi, sevdiyi insan üçün nələrdən keçdi. Nə ailəmə, nə sənətimə xəyanət etdim. İnanıram ki, əfsanəyə çevrilən xanım olacağam".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova "Bir gün" verilişində deyib. Şəxsi həyatından danışan xanəndə bunları əlavə edib:

"İnsan doğması üçün yaşayırsa, orada övladları, həyat yoldaşı varsa, yaşamağa, yıxılıb durmağa, yanıb sönməyə, ölüb dirilməyə səbəb var. Sevilmək və sevmək qarşılıqlı olanda insan bilir duyğu nədir. Sevmək o insan üçün yaşamaq, onun qəlbində hüzur tapmaq, onun gələcəyi olmaqdır. Həyatımda dörd övladım və onlarən atası var. Elə insan deyiləm ki, hər zaman həmin sevgini tapım. Mənim üçün ailə hər zaman önəmlidir. Xanım üçün ailəni, qoruyub saxlamaq və övladlarına sevgini yansıtmaq, qadının hünəridir. Bu sevgi ömrümün sonuna qədər mənə bəs edir".

Qeyd edək ki, F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşı Elnur Mövlamovdan ayrılıb. Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurladığına görə həbs edilən kürəkəni Elnur 8 il azadlıqdan məhrum edilib.

Onların 4 övladı var.






Fikirlər