MTRŞ-dən Aygünün qeyri-ETİK eyhamına cavab - Video

Xəzər TV-də yayımlanan və xalq artisti Aygün Kazımovanın da iştirak etdiyi "5\5" verilişində qanun pozuntusu yoxdur.

 Bunu Report-a açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

 T.Məmmədov bildirib ki, xalq artisinin həmin verilişdə səsləndirdiyi cümlənin hansı fikri ifadə etdiyini onun özündən başqa heç kim bilmədiyi üçün bu hal qanun pozuntusu hesab oluna bilməz:

 "Aygün Kazımova verilişdə işlətdiyi fikirlərlə nə demək istədiyini ancaq özü bilir. Onun həmin fikirləri ilə nəyi ifadə etmək istədiyini bilmədiyimiz üçün bu hal MTRŞ tərəfindən qanun pozuntusu hesab edilə bilməz. Yəni verilişdə qanun pozuntusu faktı müşahidə olunmur".

 Qeyd edək ki, sözügedən verilişdə A.Kazımova meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı Elman Məmmədov barədə bunları deyib: 

 "Gedək indi o biri otaqda deyim, tam oxşayırsan, yoxsa yox".

 Xalq artistinin işlətdiyi sonuncu cümlə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

AzerTaym.az

 

 






Fikirlər