“ATAM MƏNİ "soldat" kəməri ilə döymüşdü” - MEYXANAÇI SAMİRƏ - VİDEO - FOTO

Açıq geyinməyə qorxurdum, ərim deyirdi geyin 

AzerTaym xəbər verir ki, bu sözləri ARB TV-nin "Boş anlar" verlişinə qonaq olan meyxanaçı Samirə Yusifqızı olub. Samirə daha sonra həyat yoldaşının ona dəstək olmasından danışıb:"O vaxt yoldaşım polis işçisi idi. O, çox sivil adam idi. Hətta mən özümə sığışdırıb əynimə geyinə bilmədiyim bir paltarı o gedib alıb geyindirərdi. Deyirdim, yox, o, bir az açıqdı, qorxuram elə geyinim. Deyirdi ki, yox, geyin. Sən səhnə adamısan geyinməlisən. Çox müasir düşüncəli idi. Ona görə mən ona minnətdaram və Allah ona rəhmət etsin"Samirə Yusifqızını həyat yoldaşının əksinə atasının onu efirə buraxmamasından söz açıb:"Atam məni efirlərə buraxmırdı. Axrıncı ansambldan sonra dedi ki, daha bəsdir. Böyük qızsan, oxumaqla qurtardıq. Get başqa sənət oxu. Hətta məni əczaçılığa qoydular. Əczaçılığı da oxudum. Aptekdə də işləmişəm. Yəni dedi ki, get qız sənəti ilə məşğul ol. Oxumaq bizlik deyil, bizə yaraşmır. Hətta mən gizlin-gizlin ansambllara gedəndə xəbər tutmuşdu və o vaxtı saldat kəməri ilə məni döymüşdü". 

"Atam məni saldat kəməri ilə döymüşdü" - Meyxanaçı Samirə






Fikirlər