“AVROVİZİYA” MAHNI müsabiqəsi START götürdü

“Avroviziya” mahnı müsabiqəsi start götürdü

“Avroviziya-2018” beynəlxalq mahnı müsabiqəsinin açılışı keçirilib.

“Ölkə.Az” xəbər verir ki, tədbir Portuqaliyanın paytaxtı Lissabon şəhərindəki incəsənət, arxitektura və texnologiya institunda baş tutub.

Kiyevdə keçən il keçirilən 63-cü “Avroviziya” mahnı müsabiqəsində Portuqaliya təmsilçisi Salvador Sobral qələbə qazanmışdı. Bu səbəbdən növbəti, yəni 2018-ci ilin müsabiqəsi Portuqaliyada keçirilir.

Tədbirdə 43 ölkənin nümayəndəsi iştirak edir. İlk yarımfinal 8 may, ikinci yarımfinal isə 10 may tarixlərində keçiriləcək. Mahnı müsabiqəsinin finalı 12 may tarixinə təsadüf edəcəkXatırladaq ki, Azərbaycanı bu yarışda pianoçu, vokalist və bəstəkar Aysel Məmmədova təmsil edir.

 Aysel Məmmədova 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqilə bağlı olub. O 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival"(2002), Bakı Beynəlxalq Caz Festivalı(2005/2006), "MuzEnergo Festival of Music İmprovisation"(2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub..

AzerTaym.az






Fikirlər