“ŞOUDA “MAMA” sözü ilə “papa”sını VURANLAR QALDI”

 

“Şouda “mama” sözü ilə “papa”sını vuranlar qaldı”

Ötən gün ATV kanalında yayımlanan “Maşın” realiti şousundan çıxan aktrisa Pərvin Abıyeva və Aytən Səfərova açıqlama veriblər. 

Onlar “Maşın”ın instaqram səhifəsinin canlı yayımında finalçılar barədə danışıblar.

Pərvin Abıyeva deyib ki, keçən şoudan fərqli olaraq bu dəfə özünü insanlara tanıda bilib:

“Məni bu şouda gördüz, tanıdız! Keçən şouda ağlaya-ağlaya sınıq şəkildə çıxmışdım. Bu dəfə isə qürurlu və başıdik şəkildə gedirəm. Uşaqlar”. 

Aytən Səfərova isə finalçılar – Uran, Roza Zərgərli və Hüseyn Əzizoğlu barədə ağır sözlər deib:

“Rozanın oyununa görə Əli Mirəliyev, Azər Axşam getdi. Doğrudan da Abbas namərdcəsinə vuruldu, özüm şokda idim. Bunu üz cizgilərimdən başa düşə bilərdiz. Burada zəif iştirakçı yoxdur. Şouda gədə-güdələr, namərd, nadürüst, çaqqallar, arvad sözü ilə hərəkət edən kişilər, “mama” sözü ilə “papa”sını vuranlar qaldı”.

 






Fikirlər