Müğənni Tacir Şahmalıoğlu "Space” TV-də yayımlanan "Sənətsevər” verilişinin qonağı olub.
AzerTaym oxu.az-a istinadən xəbər verir ki, sənətçi hazırda həbsdə olan, bir vaxtlar duet ortağı olduğu Fədayə Laçındandanışıb.
O, sevgili olmaları haqda sualları cavablandırıb:
"Fədayə xanım nailiyyətlər qazandı. Hamı sevdi bizi. Məndən ayrılandan sonra bu faciələr gəldi başına. Mənimlə yan-yana olsaydı, indi çox şeylər yaradardıq, çox şeylər oxuyardıq. O vaxtlar ona dedim ki, bizim ayrılmağımız sənə xeyir gətirməyəcək.
Sevgi münasibətləri olmayıb. Biz, sadəcə olaraq, dörd il bir yerdə işləmişik, toylara, efirlərə getmişik, tamaşaçı kütləsi qazanmışıq. Amma sevgi olmayıb. Fədayə çıxıb haradasa deyib, canı sağ olsun. Fədayəni sevgi maraqlandırsaydı, elə mənim yanımda olardı, oturardıq bir-birimizi sevərdik axıra kimi.
Fədayə kriminal adamın yanında olmamalı idi, incəsənət xadimi idi. Fədayə olmalı idi incəsənət adamlarının yanında. Ola bilər, o, məni sevirmiş. Məndən ayrı heç yerə, toya getmirdi.
Kənardan toy gələndə götürmədi. Son zamanlar başladı bu hadisələr. Çox əziyyət çəkdim yanımdan gedəndə.
Mənim sevgim 1995-ci ildən xanımıma olub. Həyat yoldaşım qısqanırdı Fədayəni. Xanımım bircə ona qısqanırdı, başqa heç kimə. Deyirdi, karyeranı dayandır, toylara getmə.
Fədayənin nə işi var idi mənim ailəmin yanında, heç onları iki-üç dəfə görüb. Bu qısqanclığa səbəb yaradanlar var idi, telefonla ona yazırdılar”.
Fikirlər