NAMİQ RƏQQASƏ İLƏ SEVGİLİ İMİŞ?

Rəqqasə Oksanə Rəsulova meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgili olmaları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 

AzerTaym.az Axşam.az-a istinadən məlumatına görə, sənətçi "ATV maqazin onlarla" verilişində Aygün Kazımova ilə münasibətlərinin də pozulmasına onun səbəb olduğunu deyib:
"2009-cu ildə Moskvadan Bakıya gəlirdim. Namiqlə eyni təyyarədə idik. Mənə dedi ki, gəl, ekonomdan yox, biznesdən çıxaq. Mənə jest etdi. Elə oldu ki, müsabiqədə qalib olduğum üçün mətbuat konfransı etdim. Onda Namiqi və Aygün Kazımovanı çağırdım. Namiq gəldi, amma Aygün xanım yox. Elə buna görə də qalmaqallar başladı: "Namiq niyə tədbirə gəldi? Hər yerdə "Namiq-Oksana" adı hallandı”. Mən də bütün əlaqəmi kəsdim, nə toyuma, nə də ad günümə çağırdım. Aygün Kazımova da bu söhbətlərə inanmışdı və mənlə əlaqəni kəsmişdi. Amma indi münasibət yaxşıdır. Aygün xanımın ad günü mərasiminə mən də dəvətli idim”.






Fikirlər