Hicran Hüseynovadan Ombudsmana etiraz: "İNSANLARIN ÜRƏYİNƏ QORXU SALDINIZ"

"Azərbaycanda çox təəssüflər olsun ki, son illər əxlaqsızlıq yuvaları baş alıb gedir".

Moderator.az xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova aprelin 13-də Milli Məclisdə (MM) təşkil olunmuş "Ailə  institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı dilə gətirib.
Onun sözlərinə görə, ailə-məşişət zorakılıqlarının, boşanmaların kökündə dayanan ciddi problemlərdən biri də əxlaqsızlıq yuvalarının artmasıdır: "Bu, çox ciddi problemdir və hər birimizdə də çox ciddi təəssüf hissi doğurur".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə Omdudsmanın bu fikirləri ilə razılşmayıb.
"Elmira xanım, bu fikirlərinizlə insanların ürəyinə qorxu salıdınız.  Düzdür, bizdə əxlaqsızlıq yuvaları var və bunlar dünyanınn hər yerində mövcuddur, amma bu, o qədər də çox deyil. Həm də müvafiq nazirliklərimiz, eləcə də komitəmiz bunlara qarşı çox ciddi mübarizə aparır"-deyə, o, sözlərinə əlavə edib.
AzerTaym.az






Fikirlər