RÖYAYLA LALƏNİN davası böyüyür: “Lazerlə kəsib atmaq lazımdır”

 Əməkdar artist Röya Ayxan ilə Lalə Məməmmdaova arasında yaranan qalmaqal bir az da böyüyüb. 

Müğənnilər artıq bir-birini soyuq silahla hədələməyə başlayıb. Belə ki, Röya Ayxan dünən L.Məmmədovanın “Hərdən ona deyirəm ki, gəl başqa janrda oxu. Onun da günahı yoxdur, bəstəkarlar eyni tərzdə mahnılar təqdim edir. Onun səsi ilə daha çox və maraqlı işlər etmək olar” sözlərinə cavab verib: “Kim deyir ki, üzünə demişəm janrını dəyiş, yalan danışır. Qorxularından bunu üzümə heç vaxt deyə bilməzlər, baltalayaram”.
Bundan əsəbiləşən Lalə Məmmədova da Röyanı cavabsız buraxmayıb. 
AzNews.az xəbər verir ki, o, Röyaya soyuq silahdan deyil, daha müasir lazer şüasından istifadə etməyi məsləhət bilib: “Mən kiminsə yaradıcılığı haqında məsləhət deyil, fikrimi söyləyə bilərəm. Əzizim Röya, axı müasir qızsan, baltalamaq nədir? Baltalamaq artıq keçmişdə qaldı. İndi daha müasir üsül var: lazer şüası, ağrısız və qansız, birdəfəlik kəsilib atılır”. 






Fikirlər