Adəmin Həvvadan öncə sevgilisi olub – VİDEO

İnsanlığın hekayəsinin Adəm və Həvvadan başlandığı deyilir. Ancaq qədim bir əfsanəyə görə, bu tarix Adəm və Həvvadan daha qədimə gedib çıxır. Yəni Adəmin ilk həyat yoldaşı Həvva deyil, Liliz adında başqa bir qadındır.

  Bu sözlər “Liliz əfsanəsi. Adəmin Həvvadan əvvəlki həyat yoldaşı” adlı videodandır. Videoya görə, Adəm ilə Lilizin ayrılmasına səbəb Adəmin üstün söz haqqının olmasını istəməsidir:

 Əfsanəyə görə, Allah Adəm və Lilizi torpaqdan yaradır. Xoşbəxt yaşasınlar deyə onları cənnətdə məskunlaşdırır. Ancaq bu iki insan heç cür rahatlıq tapa bilmirlər. Adəm hər sahədə söz sahibi olmaq istəsə də, Liliz buna qarşı çıxır. Özünün də Adəm kimi torpaqdan yaradıldığını, yəni hüquqlarının bərabər olduğunu deyir. Adəm isə bunu qəbul etmir. Hər mövzuda üstün olduğunu israr etdiyi zaman Liliz birlikdə yaşamaqlarının çətin olacağına qərar verir.

 “Liliz əfsanəsi”nin davamını bilməyiniz üçün sözügedən videonu təqdim edirik: 

 

 






Fikirlər