Bakıdakı “ŞƏHİDLƏR” məscidinə Abutalıbov nəzarət edəcək

“Bakıdakı “Şəhidlər” məscidinə Abutalıbov nəzarət edəcək

Bakıdakı “Şəhidlər” məscidi Heydər məscidi kimi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən idarə olunacaq, orada dini icma yaradılmayacaq.

AzerTaym.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Məsciddə təmir işlərinin davam etdirilməsinə ehtiyac olduğunu deyən M. Qurbanlı qeyd edib ki, məscid protokol üçün açıqdır və ora gələn qonaqlar protokol qaydasında dini ayinləri icra etmək imkanına malikdirlər: “Məsciddə hər hansı dini icma yaratmağa ehtiyac yoxdur. “Şəhidlər” məscidi bütövlükdə protokol xarakterli dini ayinlərin icrası üçün istifadə olunur və belə də davam edəcək. Burada müvafiq olaraq dini ayinləri icra etmək üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən axund və imam təyinatları üçün nümayəndələr irəli sürülüb”.






Fikirlər