“Borcun içində üzürəm, daha PUL ALMAGA adamımız da yoxdur”
Mart ayında əməliyyat olunan xalq artisti, məşhur diktor Sabir Ələsgərlinin səhhətində hələ də irəliləyiş yoxdur. Bunu publika.az-a açıqlamasında diktor özü deyib: “İki dəfə əməliyyat olunmuşam, hələ üçüncüsü də olmalıdır. Amma sağalmıram. Böyrəyimdə yığılan çirk təmizlənmir, xüsusi qurğu ilə gəzirəm. Əlac yoxdur, günaşırı xəstəxanaya aparıb-gətirirlər, müalicələr də pul tələb edir. İndiyə qədər 15 min manat xərcimiz çıxıb. Borcun içində üzürəm. Bir az özümdə vardı, qohum-əqrəbadan da borc aldıq. Daha borc almağa adamımız da yoxdur. Səhiyyə Nazirliyinə müraciət etməyə də utanıram”. Qeyd edək ki, Tibb Universitetinin Cərrahiyə Klinikasında əməliyyat olunan diktor elə həmin xəstəxanada müalicə olunur.