Əlibaba Məmmədov Faiq Ağayevlə bağlı nələr dedi? GİZLİNLƏR

Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədov mahnılarının gənc müğənnilər tərəfindən oxunmasına hər zaman müsbət yanaşdığını deyib.

Publika.az-a danışan xanəndə Xalq artisti Faiq Ağayevlə bağlı maraqlı fakt da açıqlayıb:Mən heç vaxt hansısa müğənniyə qadağa qoymamışam ki, mahnılarımı oxuma. Qoy, oxusunlar, mahnıya həyat versinlər. İllər öncə Faiq Ağayev mənim “Dəşti” təsnifimi oxuyanda çox adam etiraz elədi, mənə dedilər ki, niyə icazə vermisən “Dəşti”ni oxusun. Onlara dedim ki, Faiq təsnifi estrada yolu ilə oxuyub, “Dəşti”yə yeni nəfəs gətirib. Özü də Faiq onu oxuyanda məndən halallıq alıb. Yadımdadır ki, icazə üçün qarmon ifaçısı olan qardaşını yanıma göndərmişdi. Qardaşı mənimlə avtomobildə oturdu, Faiqin lent yazısını mənə dinlətdi. Dedi ki, Faiq bu mahnını oxuyub, klip çəkdirmək istəyir, icazə verirsinizsə, çəkdirsin. Mən də dinlədim ifa çox xoşuma gəldi və halallığını verdim. İnsanlar tərəfindən də onun ifası maraqlı qarşılandı”.

 






Fikirlər