"Qadınlardan Aygün, kişilərdən isə Faiq..."
Xalq artisti Faiq Ağayevin sözlərinə həmkarı Aygün Kazımovadan cavab gəlib.
Azertaym.az-ın məlumatına görə, A.Kazımova “ATV maqazin” verilişinə açıqlamasında F.Ağayevin ünvanına təriflər yağdırıb:
“Faiqin etirafı məni kövrəltdi. Tez-tez görüşürük, bayram axşamı da bir yerdə idik. Amma efirdən belə sözlər eşitmək daha gözəldir. İllər keçdikcə təsdiqləyirəm ki, Faiq mənim üçün doğmadır. Bir etiraf edim: həmişə aləmi qatan, küsən, dalaşan mən olmuşam. Amma gedib barışan tərəf də özüm idim. Səhnədə ikinci Aygün və Faiq yoxdur. Qadınlar arasında mən, kişilər içində isə Faiq “bir nömrə”dir. Biz çox çətin məqamda başlamışıq. Şou-biznesdə böyük cığır açmışıq. Buna görə bizə təşəkkür etməlidirlər”.