Məşhur sənətkar uşaqlarından İMTİNA ETDİ: “Nə qədər yalvarsalar da...”
“Nə qədər isti olsa da, bağda dincəlməyi xoşlamıram. Uşaqların bağı var, yalvarırlar ki, ata gəl, istirahət elə, qulluğunda duraq, amma istəmirəm. Yaşlı adamam, elə rahat yatağım mənim üçün istirahətdir”. Bu sözləri Publika.az-a açıqlamasında xalq artisti, ustad xanəndə Əlibaba Məmmədov deyib. Səhhətindən gileylənən sənətkar buna görə qocalığı günahlandırır: “Tez-tez başım gicəllənir. Həkimdə deyir ki, qocalıqdandır. Əslində düz deyir, hələ o vaxt mən cavan olanda 84 yaşlı əmimdən soruşanda ki, qocalıq necədir? Cavab verirdi ki, apar qaytar. 80-i ki, keçdin, xəstəlik səni yaxalayacaq. Mənim də 87 yaşım var, bu gündən sabaha etibarım yoxdur. Rəhmətlik bəstəkar Nəriman Məmmədovla bir məclisdə oturduq, yedik-içdik, danışdıq, heç xəstə də deyildi, üstündən beş gün keçməmiş öldü. Allah nə qədər yazıbsa, o qədər də yaşayacam. Hərdən mənə deyirlər ki, filan tədbirə gələcəksən? Deyirəm, mən heç bilmirəm sabaha çıxacam, ya yox”. Xanəndə sənət yoldaşları ilə münasibətindən də danışıb: “Arif Babayevlə tez-tez zəngləşirik. Qaxa gedib, orda tikdirdiyi evində dincəlir. O gün zəng eləmişdim, deyir bura o qədər sərindir, gecə yorğanla yatıram. Ariflə on yaş fərqimiz var, yaxşı dostdur”.